Modern.az

Tağı Əhmədovla FOTOSÖHBƏT

Tağı Əhmədovla FOTOSÖHBƏT

Fotosöhbət

1 Mart 2014, 16:20

Modern.az saytı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun şəkillərini FOTOSÖHBƏT layihəsində təqdim edir.
Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.

1998-ci ildə Azərbaycan Resbulikası Prezidentinin sərəncamı ilə Bakı Metropoliteninin rəisi təyin edilib.

“Fəxri Dəmiryolçu” və “Bakı meropoliteni veteranı” döş nişanları ilə mükafatlandırılıb. Texnika elmləri namizədi elmi dərəcəsi var.

Prezidentin fərmanı ilə “Şöhrət ordeni” və “Azərbaycan Resbulikasının Əməkdar mühədisi” fəxri adı və nişanı ilə təltif edilib.

Evlidir, 2 oğlu var. HakimYeni Azərbaycan Partiyasında Yasamal rayon təşkilatının sədr müavini olan Tağı Əhmədov,  həm də Azərbaycan Dama Federasiyasının vitse-prezidentidir.

Tağı Əhmədov 27 fevral 2014-cü il tarixində Bakı Metropoliteninin rəisi vəifəsindən azad olunub.


Hərbi xidmətdə...

Gənclik illəri...


Ömür keçir, gün keçir...


Dostlarla...


Ötən günə gün çatmaz, calasan günü günə də...


Sevincli günlərdən biri...

Yaşlaşdıqca insan dəyişir...


Ailəvi şəkil...


Tağı Əhmədov xanımı Salatın Əhmədli və kiçik oğlu ilə...


Oğlanları və xanımı ilə şənlikdə..


Ustad şair Məmməd Arazla...


Tağı Əhmədov oğlanları ilə... Sağda dayanmış böyük oğlan Rauf Əhmədov 2010-cu ildə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışır.


Üç məşhur sima - Tağı Əhmədov, Kəmaləddin Heydərov, Ramil Usubov...


Salatın Əhmədli və Tağı Əhmədov rəsmi tədbirdə... 


Hərbi hissədə... Tağı müəllim əsgərlərlə rəqs edir...


Fərqli məkan, fərqli rəqs....


Arada gülmək də lazımdır...


Xalq şairi Nəriman Həsənzadə ilə birgə...


Jurnalistlərin əhatəsində..


Suallar bir-bir deyil, xorla səslənir...


Prezident birinci xanımla metroya baxış keçirir..


Bakı Metropoliteninin rəisi iş otağında..


Rəis hərdən maşinisti də əvəz edə bilər...


Tağı Əhmədov metroya sərnişin kimi daxil olub... Qatarda...


Gərgin iş günü...


Dama Federasiyasının vitse-prezidenti Tağı Əhmədov fərqlənən damaçı uşaqları mükafatlandırıb...


Tağı Əhmədov YAP-ın Yasamal təşkilatının sədr müavini kimi gənclərlə görüşür...


Sabiqlər və indikilər yanbayan...


Metronun "28 May” stansiyasının yenidən qurulması üçün “Akkord” şirkəti ilə müqavilə imzalanır.


Tağı Əhmədova akademik Y.Məmmədliyev mükafatı təqdim olunur...




Dövlətdə dəvə, övladda nəvə...


Tağı müəllim və Salatın xanım nəvələrilə stol arxasında...


Əhmədovlar ailəsi tam tərkibdə...

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir