Modern.az

Eks-prezidentə yeni cinayət işi açıldı

Eks-prezidentə yeni cinayət işi açıldı

3 Mart 2014, 08:53

Ukraynanın Baş Prokurorluğu keçmiş prezident Viktor Yanukoviçə qarşı ölkənin Konstitusiya quruluşunun dəyişdirilməsinə çağırışla bağlı yeni cinayət işi qaldırıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda baş prokuror vəzifəsini icra edən Oleq Maxnitski məlumat verib. Onun sözlərinə görə, buna səbəb Yanukoviçin fevralın 28-də Rostovda keçirdiyi mətbuat konfransındakı çıxışı olub.

Həmin çıxışında eks-prezident bəyan edib ki, Ukrayna Ali Radasının onun vəzifədən uzaqlaşdırılması ilə bağlı qərarını tanımır və özünü dövlətin legitim rəhbəri hesab edir. Ohəm də Rusiyadan dəstək istəyib.

Bundan əvvəl də Yanukoviçə qarşı Kiyevdəki meydanda etiraz aksiyası keçirənlərin qəsdən öldürülməsinin təşkilatçısı kimi cinayət işi qaldırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır