Modern.az

Bill Qeyts yenə dünyanın ən varlı adamıdır

Bill Qeyts yenə dünyanın ən varlı adamıdır

Dünya

4 Mart 2014, 10:44

Dünyanın ən varlı adamı Microsoft korporasiyasının rəhbəri Bill Qeyts seçilib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “Forbes” onun var-dövlətinin dəyərinin 76 milyard dollar olduğunu açıqlayıb. İlk beşlikdə meksikalı biznesmen Karlos Slim Elu (72 milyard dollar), dünyanın ən iri riteyl şirkəti olan “Inditex”in sahibi Amansur Orteqa (64 milyard dollar), investor Uorren Baffet (58,2 milyard dollar) və Larri Ellison (48 milyard dollar) var. Milyarderlərin ümumi reytinqində adları düşən 1645 nəfərin ümumi varidatı 4 trilyon dollardır. Bu dəfəki siyahının özəlliyi 268 yeni milyarderin adının ora düşməsidir.

Ən çox milyarder isə ABŞ-dadır (492 nəfər). Onun ardınca Çin (152 nəfər) və Rusiya (11 nəfər) gəlir. 

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür