Modern.az

Timoşenko qəti qərar verdi: prezidentliyə namizəd olacaq

Timoşenko qəti qərar verdi: prezidentliyə namizəd olacaq

Dünya

5 Mart 2014, 12:01


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko xarici KİV nümayəndələri ilə görüşüb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, “Batkivşina” partiyasının lideri Amerikanın “Newsweek” nəşrinə prezidentliyə namizədliyini irəli sürməyə qəti qərar verdiyini deyib. Onun sözlərinə görə, kifayət qədər təcrübəsi və özünə əmin olduğuna görə şansını əldən vermək istəmir. Krımda baş verənlərə gəldikdə, Timoşenkonun fikrincə, “bu əsəblərin və intellektlərin müharibəsidir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı