Modern.az

Sarkozinin gizli danışığı yayıldı: eks-prezident jurnalistləri “Hürən itlər” adlandırıb

Sarkozinin gizli danışığı yayıldı: eks-prezident jurnalistləri “Hürən itlər” adlandırıb

5 Mart 2014, 13:52

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin əhəmiyyətli məsləhətçilərindən jurnalist-yazar Patrik Buisso ilə etdiyi söhbətin məzmunu açıqlanıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Sarkozi həmin söhbətdə jurnalistlərin ünvanına “Hürən itlər” ifadəsini işlədib.

Həftəlik həcv qəzeti “Canard Enchaine” (“Zəncirlənilmiş ördək”) Buissona aid olan qeydlərdən bir hissəsini nəşr edincə, keçmiş məsləhətçi bunun doğru olduğunu, ancaq pis niyyətlə qeyd etmədiyini açıqlayıb.

Buissonun Sarkozi ilə söhbəti ilə bağlı xəbəri daha əvvəl həftəlik xəbər jurnalı “Le Point” da nəşr edib. Buisson bundan sonra “Le Point”in iddialarını yalanlayaraq, "nəşr yolu ilə böhtan atmaq" iddiası ilə cinayət işi açdıracağını bəyan etmişdi. Ancaq bu gün “Canard Enchaine” “Le Point”in iddia etdiyi qeydlərdən yazılı hissələr nəşr edib. Sarkoziyə yaxınlığı ilə bilinən “Atlantico” saytı da bu səhər yüzlərlə saat davam edən söhbətin bir hissəsini nəşr edib.

Bunun ardından məsləhətçi Patrik Buisson vəkili Gilles-Villiam Goldnadel vasitəsilə qaynağı hələ bilinməyən qeydlərin gerçək olduğunu qəbul edib.

Sarkozinin yaxınları “Atlantico” saytına qeydlərdən Sarkozinin qəti xəbəri olmadığını və bunun ölkə tarixində ilk dəfə rast gəlinən ağır bir xəyanət olduğunu dilə gətiriblər.

Həmin söhbətin 2011-ci il fevralın 26-da kabinet dəyişikliyindən bir gün əvvəl keçirilən yığıncaqda aparıldığı bildirilir. İddiaya görə, həmin söhbətdə Sarkozi jurnalistləri “pislik itlər” adlandırır, hətta

kabinetdən çıxaracağı nazirləri haqqında da sərt tənqidlər söyləyir: "Hələ bu pislik, hürən itlərin səsini eşitmədik Yelisey bağçasında...!".

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır