Modern.az

“Qafqaz Xirosiması” hazırlanıb

“Qafqaz Xirosiması” hazırlanıb

Qarabağ

27 May 2010, 14:22

“İnam” Plüralizm Mərkəzinin “Oscar production” studiyasında hazırladığı “Qafqaz Xirosiması” filmi başa çatmaq üzrədir. Ermənilərin yer üzündən sildiyi Ağdam şəhərinə həsr olunan film Azərbaycan, ingilis və rus dillərində hazırlanır. Ağdamın işğaldan əvvəlki və indiki görüntüləri əks olunan foto və videolardan istifadə olunmaqla hazırlanan film 15 dəqiqə davam edir.

Filmin süjeti Ağdamın indiki mənzərəsini Xirosimanın atom bombasından sonrakı halına bənzədən xarici jurnalist və diplomatların sitatları üzərində qurulub. Kadrlar Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, "İldırımlı yollarla" baleti, Bethovenın 5-ci simfoniyasından seçmə müsiqi parçaları, Motsartın “Rekviyem”, Kşiştof Pendereskinin “Xirosima şəhidləri üçün matəm mahnısı”, “Qarabağ bülbülləri”nin ifasında “Bayatı Şiraz”la müşayiət olunur.

Müəllif Vahid Qazi film haqqında bunları deyir: “Qafqaz Xirosiması” kəlməsini mətbu və siyasi dilimizə gətirməklə, beynəlxalq internet şəbəkələri və axtarış portallarında dünyaya yaymaqla Qarabağ probleminin əsl mahiyyətini daha sadə dillə dünya ictimaiyyətinə çatdırmaq istəyirik”.

Film Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəşdirdiyi layihə çərçivəsində hazırlanır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir