Modern.az

Jurnalistlər mükafatlandırılıb

Jurnalistlər mükafatlandırılıb

27 May 2010, 16:52

Bu gün «Respublika” otelində “Multimedia” Mərkəzi tərəfindən həyata keçirilən  “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçirilib. Təqdimatda Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüz, tanınmış jurnalist Qənimət Zahid, “Media forum” xəbər portalının rəhbəri Azər Qaraçənli və digər şəxslər iştirak edib.

Osman Gündüz bildirib ki, bu il keçirilən  “İnformasiya cəmiyyətinin jurnalisti” layihəsi çərçivəsində 6 gün treninq keçirilib.
“Səkkiz ekspert tərəfindən təlimlər aparılıb,  25 nəfər treninqləri uğurla başa vurub, Müsabiqəyə 14 yazı təqdim olunub. Hər il keçirilən bu layihənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir”.

Mərasimdə adı çəkilən layihə  çərçivəsində keçirilən treninqlərdə iştirak edən jurnalistlərə sertifikatlar təqdim olunub. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalisti”  mövzusunda keçirilən müsabiqənin qalibləri elan olunub.
Qeyd edək ki, Modern.az-ın əməkdaşı Fərəh Sabirqızı “Ekspress” qəzetində dərc olunmuş “Tələbələrimizin kompüter qayğıları” yazısı ilə birinci yer tutub. Qalibə HP şirkətindən netbook və “Azercell” şirkətindən mobil telefon hədiyyə edilib. “Azərbaycan” qəzetinin əməkdaşı Vüqar Haqverdiyev və “Xalq Cəbhəsi” qəzetinin əməkdaçı Ülviyyə Şamılqızı ikinci yeri, “Media forum” saytının əməkdaşı İsmayıl İsmayılov, “Paritet” qəzetinin əməkdaşı Fuad Hüseynzadə, "Mərkəz" qəzetinin əməkdaşı Cəvahir Səlimqızı üçüncü yeri tutub. İkinci və üçüncü yerlərin sahiblərinə də müxtəlif hədiyyələr, diplomlar verilib.

Lent.az” saytının əməkdaşı Elxan Salahova və “Paritet” qəzetinin əməkdaşı Babək Cahandarova fərqləndirici mükafatlar verilib.
Qeyd edək ki, layihə “Azercell”, HP və ULTRA  şirkətləri tərəfindən dəstəklənib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı