Modern.az

Hakerlər Putinə “müharibə” elan etdi

Hakerlər Putinə “müharibə” elan etdi

6 Mart 2014, 22:00

Özlərini “Anonymous” hərəkatına aid edən hakerlər Rusiyanın silah ixrac edən “Rosoboroneksport” Dövlət Şirkətinin daxili sənədlərini şəbəkəyə yerləşdirib. Modern.az xəbər verir ki, bu barədə “Media forum” saytı məlumat yayıb. Məlumata görə, “Anonymous” hərəkatının bəyanatında deyilir ki, internet fəallarının əlinə düşən sənədlər “Rosoboroneksport” əməkdaşlarının Hindistanın Moskvadakı səfirliyi və onun yanındakı müdafiə şirkətləri ilə yazışmalarıdır. 

Sənədlər arasında “Rosoboroneksport” rəsmilərinin imzaladığı sənədlər də var.  Hakerlər Hindistanın Rusiyadakı səfirliyinin kompüterlərini virusa yoluxdurmaqla sənədlərə giriş əldə etdiklərini bildiriblər. Sənədlərin hansısa qanunsuz əməliyyatların sübutu və ya sadəcə şirkətin daxili sənədləşməsi olub-olmadığı dəqiqləşdirilmir. Hakerlər hərəkətlərini siyasi motivlərlə əlaqələndiriblər: “Biz Vladimir Putin rejiminin əsasını təşkil edən Rusiyanın hərbi şirkətləri ilə əsl kiber müharibəsinə başlayırıq”. İnternet fəalları bildiriblər ki, Rusiya hökumətinin yeni dünya müharibəsinə başlamaq cəhdindən sonra arxivi şəbəkəyə qoymaq qərarına gəliblər. Hakerlər əllərində daha nəhəng hərbi şirkətlərin sənədlərinin olduğunu da qeyd ediblər. 

“Rosoboroneksport” 2000-ci ildə yaradılıb.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir