Modern.az

Yaşlı kişi özünü nazirlik qarşısında yandırmağa cəhd etdi

Yaşlı kişi özünü nazirlik qarşısında yandırmağa cəhd etdi

7 Mart 2014, 13:54

Bu gün Yerevanda 67 yaşlı Nikolay Karapetyan özünü Ermənistan Maliyyə Nazirliyinin binası qarşısında yandırmağa cəhd edib. Modern. az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, kişi üstünə benzin töküb od vurmaq istəsə də, polislər buna imkan verməyiblər. Onun sözlərinə görə, 88 yaşlı anası ölsə də, onun SSRİ banklarına qoyduğu pulu ala bilmir.  
Qeyd edək ki, bu gün Ermənistanın Armavir vilayətində yerləşən hərbi hissələrində qulluq edən erməni əsgər özü-özünü yaralayıb. Verilən məlumata görə, erməni əsgər silahını təmizləyərkən özünü vurub. Əsgər ayağından güllə yarası alaraq hospitala yerləşdirilib. 


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI