Modern.az

Yazıçı Çingiz Abdullayev: “İstintaqa gedəcəyəm, qorxmuram”

Yazıçı Çingiz Abdullayev: “İstintaqa gedəcəyəm, qorxmuram”

7 Mart 2014, 15:24

Bu gün Yazıçılar Birliyində (AYB) “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə mübahisəsi və ümumən Azərbaycanda kitab nəşrinin durumuna dair dəyirmi masa keçirilib. Modern.az-ın məlumatına görə, tədbirə Milli PEN Klubun sədri, AYB katibi Çingiz Abdullayev sədrlik edib.

“Mən iki dəfə Prezidentin vəkili olmuşam və hər iki dəfə də ona səs vermişəm. Amma indi bitərəf bir şəxs və yazıçı kimi ona ünvanlanan müraciəti dəstəkləyir və problemin həllində yardımçı olmasını xahiş edirəm”.

“Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu 150 minlik cərimənin ödənməsini qeyri-mümkün hesab edib.

“Bu, “Qanun” üçün ölüm hökmünə bərabərdir”. Ş.Xuduoğlunun sözlərinə görə, nəşriyyatla əməkdaşlıq etmiş 78 yazıçı və tərcüməçinin istintaqa çağırılması gözlənilir. “Bu hələ tam siyahı deyil. Tərcüməçi və yazarların bir qismi xarici ölkələrdə yaşayır”.

Tədbirdə iştirak edən deputat Fazil Mustafa da Milli Məclisin martın 14-də keçiriləcək iclasında “Qanun” nəşriyyatı ilə bağlı durum və kitab satışına əlavə dəyər vergisinin ləğv edilməsi məsələsini qaldıracağını vəd edib.

Dəyirmi masanın sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Modern.az-a eksklüziv açıqlama verən yazıçı Çingiz Abdullayev bildirib ki, Vergilər Nazirliyi müstəntiqinin tələbi ilə istintaqa çağırıldığı halda ora gedəcək: “Mən də “Qanun”un müəlliflərindən biriyəm. İstintaqa çağırıldığım təqdirdə mütləq gedəcəyəm. Heç nədən qorxmuram. Niyə də qorxum ki?! Özüm hüquqşünas adamam”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir