Modern.az

Zeynəb Xanlarova jurnalistə təşəkkür edib

Zeynəb Xanlarova jurnalistə təşəkkür edib

27 May 2010, 20:38

Modern.az saytı hər həftə parlament jurnalistlərindən bir deputatı necə xarakterizə etdikləri barədə fikirlərini öyrənir. Bir müddət öncə “Parlament Jurnalistləri deputat Zeynəb Xanlarovanı necə xarakterizə edirlər?” adlı yazıda jurnalistlərin xalq artisti barəsindəki fikirlərini təqdim etmişdik.

Millət vəkili Zeynəb Xanlarova bundan sonra “525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğluna zəng edərək jurnalistlərin onun barəsindəki fikirlərini maraqla oxuduğunu bildirib. Yazıdan məmnun qaldığını qeyd edən deputat saytımıza da təşəkkür edib. Z.Xanlarova deyib ki, Kamil Həmzəoğlunun fikirləri onu göstərir ki, jurnalist onun fəaliyyətini izləyir.

Xatırladaq ki, Modern.az-da Zeynəb Xanlarovanı 16 jurnalist xarakterizə etmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı