Modern.az

Türkiyə Superliqasında QALMAQAL: "Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq qaldı

Türkiyə Superliqasında QALMAQAL: "Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq qaldı

Dünya

11 Mart 2014, 00:17


Türkiyə Superliqasında 24-cü turun son qarşılaşmasında qalmaqal yaşanıb. "Trabzonspor" - "Fənərbaxça" matçı yarımçıq dayandırılıb.

Buna yerli azarkeşlərin meydançaya yad əşyalar, pekardalar, partladıcı maddələr atması səbəb olub. İlk hissənin ortalarında məhz bu səbəbdən oyun 10 dəqiqə dayansa da, sonradan qaldığı yerdən davam edib.

Lakin ilk hissəyə əlavə edilən 10-cu dəqiqədə azarkeşlər tərəfindən "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirələ yad əşyaların atılması oyunun yenidən durmasına səbəb olub. Matçın baş hakimi Bülənt Yıldırım dərhal köməkçiləri ilə paltardəyişmə otağına yollanıb. Ardından "Fənərbaxça"lı futbolçular da paltardəyişmə otağına gediblər. Daha sonra görüşün təxirə salındığı rəsmən elan olunub.

Qeyd edək ki, ilk hissədə cəmi bir qol olmuşdu. Matçın 23-cü dəqiqəsində Emanuel Emenike "Fənərbaxça"nı hesabda önə keçirmişdi.

"Trabzonspor" - "Fənərbaxça" - 0:1 (Təxirə salınıb) 
"Qaziantepspor" - "Kayserispor" - 2:1 
"Gənclərbirliyi" - "Sivasspor" - 2:1 
"Antalyaspor" - "Rizespor" - 1:2 
"Beşiktaş" - "Eskişehirspor" - 1:0
"Elazığspor" - "Kasımpaşa" - 0:0
 "Bursaspor" - "Karabükspor" - 1:0
"Erciyesspor" - "Konyaspor" - 1:0
 
"Qalatasaray" - "Akhisar Bələdiyyəspor" - 6:1

S Komandalar O Q H M Xal
1.Fənərbaxça23163451
2.Qalatasaray24139248
3.Beşiktaş24137446
4.Sivasspor241131036
5.Kasımpaşa2498735
6.Akhisar 24105935
7.Trabzonspor2397734
8.Karabukspor2497834
9.Bursaspor2497834
10.Eskisehirspor2496933
11.Qaziantepspor24951032
12.Konyaspor24841228
13.Gənclərbirliyi24841228
14.Elazığspor24831327
15.Antalyaspor24510925
16.Rizespor24671125
17.Erciyesspor24741325
18.Kayserispor24371416








Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı