Modern.az

Əkrəm Əylisli Nobel mükafatına namizədliyindən danışdı: “Bunu ancaq xəyalıma gətirə bilərəm”

Əkrəm Əylisli Nobel mükafatına namizədliyindən danışdı: “Bunu ancaq xəyalıma gətirə bilərəm”

Ədəbi̇yyat

11 Mart 2014, 17:39

“İstərdim ki, bu haqda verilən məlumat qərəzli olmasın. Qərəzliliyi burasındadır ki, yazırlar k, məni ermənilər mükafata təqdim edib. Bu yolla da məsələni  qızışdırmağa başlayırlar. Fakt budur ki, nə ermənilər mükafat verəndir, nə də azərbaycanlılar. Xalqlar mükafat vermir”.
Bunu Modern.az saytına açıqlamasında yazıçı Əkrəm Əylisli Nobel sülh mükafatına namizəd göstərilməsinə münasibət bildirikən bildirib.

“Mükafat üçün alimlər və dünya miqyasında tanınan insanlar komitəyə müraciət edir. Mənə aid olan bu məsələdə imza atan şəxslərlə tanış oldum və gördüm ki, bu imzaların sahibləri heç vaxt heç bir milliyyətə dini mənsubiyyətə görə insanlara qiymət verən deyillər. Bunlar dar mənada millətçilər deyillər. Bunlar dünyada tanınan çox hörmətli və öz əxlaq mənəviyyatını heç nəyə dəyişməyən insanlardı. Aralarında elə imzalar var ki,  mən onların bir qismini  ancaq xəyalıma gətirə bilərəm. Fakt budur ki, müraciət olunub. İndi bunun nəticəsi necə olacaq, alınacaq, ya lınmayacaq deyə bilmərəm. Amma o adamların imza atması,  yazımı sülhə xidmət edən bir yazı kimi dəyərləndirmələri, xalqlar arasında sülh yaradacaq bir meyar kimi görmələri artıq mənim üçün bir mükafatdır. Arxayınam ki, xalqım da belə qəbul edəcək. Onda bu mənim üçün beş qat mükafat olacaq”.

Qeyd edək ki, bir qrup elm və ədəbiyyat xadimi azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin “Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi” vurğulanır: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”. 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir