Modern.az

Azərbaycandan ermənilərə yenə səs göndəriləcək?

Azərbaycandan ermənilərə yenə səs göndəriləcək?

28 May 2010, 17:51

Bir neçə saatdan sonra Norveçin paytaxtı Oslonun “Telenor Arena” kompleksində keçiriləcək finalda 25 ölkədən olan iştirakçı “Eurovision 2010” beynəlxalq mahnı müsabiqəsinin qalibi uğrunda mübarizə aparacaq.
“Eurovision” müsbiqəsinin qaydalarına görə, iştirakçı ölkənin özündən onun yarışmadakı təmsilçisinə səs göndərmək olmaz. Belə olan halda müsabiqəni izləyən Azərbaycan vətəndaşları kimə səs verəcəklər?
Modern.az saytının əməkdaşı bununla bağlı Bakıda mini-sorğu keçirib. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti qardaş Türkiyə təmsilçisi “Manqa” qrupuna səs verəcəyini bildirib.
Gürcüstan, Almaniya, İsrail təmsilçisinin çıxışını bəyənib onlara səs göndərəcəklərini deyənlər də olub.

Qeyd edək ki,
«Eurovision 2009» mahnı müsabiqəsində Azərbaycandan Ermənistan iştirakçısına səs göndərənlər olmuşdu. Bəs bu dəfə necə, Bakıdan erməni yarışmaçı Eva Rivasa səs gedəcəkmi?
Modern.az-ın sorğusunda iştirak edən şəhər sakinləri belə fakt olacaqsa, onu əvvəlcədən pisləyiblər. Bildiriblər ki, düşmən ölkənin iştirakçısını dəstəkləyənlərin addımı vətənpərvərliklə bir araya sığmır.


Rəsmi məlumata görə, ötən il Azərbaycandan «Eurovision 2009» mahnı müsabiqəsində iştirak edən erməni iştirakçılara 43 nəfər səs göndərmişdi.
Ümid edək ki, bu dəfə Bakıdan Ermənistana səs göndərən olmayacaq.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir