Modern.az

Məmməd Aslanın uşaqlar üçün kitabı çıxacaq

Məmməd Aslanın uşaqlar üçün kitabı çıxacaq

12 Mart 2014, 10:35

Tanınmış şair Məmməd Aslan müəyyən fasilədən sonra yeni kitabını çap etdirib. Qocaman şairin “Sabahın çırağı” adlanan kitabının fərqli cəhəti ondadır ki, burada yalnız uşaq  şeirləri toplanıb. 380 səhifədən ibarət olan kitabdakı bəzi şeirlər uşaq yaşlarımızdan bizə məlum olan nümunələrdir.

Modern.az-a açıqlamasında şair kitab barəsində bunları deyib: “Ədəbiyyata lirik şeirlərlə gəldim, Bakıya gələndən sonra bir müddət ancaq uşaq şeirləri yazdım. İndi dərsliklərdə xeyli şeirlərim tədris olunur. Dərsliklərdə tədris olunmaq şair üçün çox xoşbəxt bir məqamdır. Sonra mən həmin uşaq şeirlərimi kitab halında bir yerə cəm etmişəm”.  

 

Elmin Nuri

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır