Modern.az

«Eurovision 2010»un qalibi Almaniyanın keçmiş SSRİ-dəki səfirinin nəvəsi imiş

«Eurovision 2010»un qalibi Almaniyanın keçmiş SSRİ-dəki səfirinin nəvəsi imiş

30 May 2010, 20:41

Xarici mətbuat «Eurovision 2010»un almaniyalı qalibi Lena Mayer-Landrutla bağlı araşdırmalara baş vurmaqdadır. Xatırladaq ki, Lena «Satellite» mahnısı ilə 1-ci yeri tutub.

İndi Almaniyada fikirləşirlər ki, gələn il “Eurovision 2011»i harada-hansı şəhərdə keçirsinlər. Modern.az-ın məlumatına görə, bu sırada Köln, Berlin, Hamburq, Hannover şəhərlərinin adı çəkilir. Qeyd edək ki, Lena Mayer-Landrut Hannover şəhərlərindəndir.
Bu arada mətbuat həm də Lenanın adı ilə bağlı araşdırmalar aparır. Alman hara, Lena adı hara...  
Məlum olub ki, indi bütün Avropanın tanıdığı 19 yaşlı bu qız ailəsinin yeganə övladıdır. O, Almaniya Federativ Respublikasının keçmiş SSRİ-dəki sabiq səfirinin nəvəsidir. Lena 5 yaşından müasir və bal rəqslərilə məşğul olmağa başlayıb. Maraqlıdır ki, onun musiqi və aktyorluq təhsili yoxdur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir