Modern.az

“Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” keçirilib

“Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” keçirilib

Ədəbi̇yyat

14 Mart 2014, 12:45

Bu gün “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Şairələrin 2-ci Beynəlxalq Forumu” keçirilib. Modern.az xəbər verir ki, Forumda  "Böyük İpək Yolu" BGİ-nin sədri, millət vəkili Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Rəşad Məcid, Fəxrəddin Manafov və 24 ölkədən gəlmiş gənc şairələr iştirak edib.  

Fuad Muradov bildirib ki, gənc şairələr Azərbaycan Yazıçılar Birliyində, Gənclər Fondunda görüşlər keçiriblər. Burada əsas məqsəd mədəniyyətlərarası əlaqələri qurmaqdır. “Bu gün bu forumda müxtəlif dindən, dildən olan gənc şairələr iştirak edirsə, deməli, Bakı mədəniyyət paytaxtıdır”. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, layihə artıq Azərbaycanda ikinci dəfə keçirilir: “Deyə bilərəm ki, bu forum artıq ənənəvi hal alıb. Ötən il də “Gənc Şairələrin I Beynəlxalq Forumu” təşkil edilib və böyük  rezonansa səbəb olub. İnanıram ki, builki Forum da o cür olacaq və gənc şairələr üçün lazımi şərait yaradılacaq ki, onlar bizim paytaxtımızla, adət-ənənələrimizlə yaxından tanış olsunlar. Biz nazirlik olaraq hər zaman bu cür layihələri dəstəkləmək niyyətindəyik”. Monakonun Azərbaycandakı səfiri Həsən Həmid isə bildirib ki, Azərbaycan getdikcə inkişaf edir: “Buraya Azərbaycanın mədəniyyəti ilə tanış olmağa gəlmişik. Ölkəniz getdikcə inkişaf edir və bu bizi çox sevindirir”. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihəyə görə, Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə “ən yaxşı layihə” ilə mükafatlandırılıb.  

 

Ulduz İbrahimova

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!