Modern.az

Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin yaz sessiyası başa çatdı

31 May 2010, 13:40

Mayın 31-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının son iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda «İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanunu» layihəsi müzakirə olunub.
Müzakirələrdən sonra İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrinə dəyişiklik edilib.

İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsinə edilən dəyişikliklə hava gəmisində intizamın qorunması, habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakın təhlükəsizliyinin təmin olunması məqsədilə gəmi kapitanının qanuni sərəncamlarını yerinə yetirməməsinə görə, cərimənin məbləği 100 manat müəyyən edilib.
Dəyişikliyə qədər bu inzibati pozuntuya görə, 20-25 manat məbləğində cərimə nəzərdə tutulurdu.
Həmçinin, təyyarədə kompüter, foto və videoçəkiliş, elektrik rabitə vasitələrindən xüsusi istifadə qaydalarının pozulmasına görə cərimənin miqdarı 100 manata qədər qaldırılıb.
Məcəllənin 134-cü maddəsinə edilən dəyişikliklə təyyarədə müəyyən edilməmiş yerlərdə siqaret çəkənlər 100 manat miqdarında cərimə olunacaqlar.
Dəyişikliyə qədər bu pozuntuya görə, 30-40 manat məbləğində cərimə nəzərdə tutulurdu.

İclasda Ailə Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi də müzakirə edilib. Müzakirələr zamanı deputatlar soyad sonluqlarının milliləşdirilməsi prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, nəhayət Azərbaycanda soyad sonluqlarının milliləşdirilməsinə başlanmalıdır.
Deputat Baba Tağıyev isə adlarla bağlı qayda-qanun yaradılmasını təklif edib. Onun sözlərinə görə, ləyaqəti alçaldan adların verilməsi qanunla qadağan olunmalıdır.
Millət vəkili Nizami Cəfərov soyad sonluqlarının milliləşdirilməsi ilə bağlı konsepsiya hazırlandığını, həmin konsepsiyada soyad sonluqlarını üçün dörd variant müəyyənləşdirilib.
Müzakirələrdən sonra Ailə Məcəlləsinə əlavə və dəyişikliklərləbağlı sənəd qəbul edilib.

Qeyd edək ki, günün birinci yarısında Milli Məclis öz işini yekunlaşdırıb. İclasın sonunda Milli Məclisin növbədənkənar sessiyanın çağırılması barədə qərar qəbul olunub. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 84 deputat parlamentin növbədənkənar sessiyanın çağırılması barədə müraciət edib. O, sessiyanın iyin ayında keçiriləcəyini söyləyib. Bununla da parlamentin yaz sessiyası başa çatıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir