Modern.az

Deputat: “Qardaşım oğlu mənə görə öldürülə bilməz”

Deputat: “Qardaşım oğlu mənə görə öldürülə bilməz”

31 May 2010, 14:01

Xəbər verildiyi kimi, mayın 20-də Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğlu, 1976-cı il təvəllüdlü Zaur Əlirza oğlu Mirələmov tamah məqsədilə oğurlanaraq qətlə yetirilib.
Bu gün Milli Məclisdə jurnalistlərin suallarını cavablandıran millət vəkili deyib ki, faktla əlaqədar açılan cinayət işini şəxsən nəzarətdə saxlayır.

H.Mirələmov “qardaşınız oğlunun öldürülməsinin sizin fəaliyyətinizlə hər hansı əlaqəsi ola bilərmi” sualını “olayın mənimlə heç bir bağlantısı ola bilməz” deyə cavablandırıb.    

Qeyd edək ki, əməliyyat tədbirləri nəticəsində Z.Mirələmovu qətlə yetirməkdə şübhəli bilinən Səməndər Hacıyev və Ramiz Babayev saxlanılıb. Onlar Z.Mirələmovu boğaraq öldürdükdən sonra onun meyitini Zağulba çimərliyində dənizə atıblar. Polisə ifadə verən təqsirləndirilən şəxslər Z.Mirələmovu tamah məqsədi ilə öldürdüklərini bildiriblər. Z.Mirələmov öldürüldükdən sonra isə üstündə olan 3000 manat pul cinayətkarlar tərəfindən götürülüb.
Faktla əlaqədar Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi