Modern.az

İsrail dəniz hücumuna haqq qazandırır

İsrail dəniz hücumuna haqq qazandırır

31 May 2010, 16:06

Qəzzaya aparılan humanitar yardım gəmilərinə hücumla bağlı İsrail tərəfi açıqlama yayıb. İsrail xarici işlər nazirinin müavini Danni Ayalon gəmidəkilərin "Həmas"la bağlantısı olduğunu və onların İsrail əsgərlərinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, gəmidə çox sayda silah tapılıb. Ayalon ölümlərə görə narahat olduğunu da qeyd edib.

"Bu köməyin sülh məqsədilə olmadığını düşünürük. Əgər elə olsa idi, Qızıl Xaç kimi qurumlarla göndərərədilər. Amma bu yol seçilmədi. Gəmidəkilər zorakılıqdan istifadə etdilər. İlk olaraq onlar hücum edib".

D.Ayalon çağırışlarının gəmidəkilər tərəfindən diqqətə alınmadığını da bildirib. "Bu çağırışlara fikir vermədikləri üçün ordu hərəkətə keçib. Dünya ictimaiyyətinə birlikdə işləmək çağırışı edirik", deyə vurğulayıb.

XİN müavini göndərilən yardımın gizli məqsədinin silah qaçaqmalçılığı olduğunu iddia edib. "Buna icazə versəydik, qaçaqmalçılığa yol açılardı. Bu da daha sonra yüzlərə insanın ölümünə yol açardı".

Qeyd edək ki, İsrailin sənaye və ticarət naziri Binyamin Ben Eliezer baş verən hadisənin böyük qalmaqal yaradacağını açıqlayıb. Qətərdə olan nazir "böyük bir qalmaqal olacaq. Buna heç bir şübhə yoxdur", deyib.

Onun sözlərinə görə, bu təxribat olub və hər bir şey iki ay əvvəl planlaşdırılıb. "Biz onlara "bəylər buna çalışmayın, bizim özümüzü müdafiə hüququmuz" var deyə anlatmaq üçün hər yolu sınadıq".
Keçmiş müdafiə naziri olan Ben Eliezer qan olan yerdə hər şeyi açıqlamağın asan olmadığını bildirib.

İsrailin Baş naziri Binyamin Netanyahunun sözçüsü Mark Regev də hücuma ilk olaraq "yardım aparanlar"ın başladığını qeyd edib."Bu hadisənin baş verməməsi üçün bütün səylərimizi göstərdik. Təəssüf ki, gəmidəkilər dəmir çubuqlar, bıçaq və həqiqi mərmilərlə hücum edirdilər.

Xatırladaq ki, İsrail ordusu bu gecə “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. Hadisə nəticəsində ölüm faktı qeydə alınıb.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi