Modern.az

Deputat növbəti parlamentdə yaşlıların gənclərlə əvəz olunmasını arzulayır

Deputat növbəti parlamentdə yaşlıların gənclərlə əvəz olunmasını arzulayır

31 May 2010, 17:11

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 103 saylı Gədəbəy seşki dairəsindən deputat Rafiq Məmmədhəsən Modern.az saytına bildirib ki, beş illik fəaliyyəti dövründə Milli Məclis qarşıya qoyulan məqsədə tam olaraq çatıb. O, parlamentin bu dövrdəki fəaliyyətini qənaətbəxş hesab edir.

Əməkdaşımızın “elə deputat olub ki, beş ildə bir dəfə danışmayıb, buna necə baxırsınız” sualına deputat belə cavab verib: “Hökm deyil ki, hər bir deputat hər bir məsələ barədə çıxış eləsin, hər bir məsələyə münasibətini bildirsin. Diletant olub hər məsələ ilə bağlı danışmaq başqa şeydir. Bu populizmdir”.

Deputat R.Məmmədhəsənov “Növbəti parlamentin tərkibini necə görmək istərdiniz? sualına isə “indiki tərkib pis deyil. Söz yox ki, çox yaşlıları cavanlar əvəz etsə, daha yaxşi olar” cavabını verib.

Müsahibimiz növbəti seçkilərdə namizədıiyini irəli sürüb-sürməmək barədə hələki heç bir qərar verməyib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi