Modern.az

Qaxda 70-dən çox arı pətəyini sel aparıb

Qaxda 70-dən çox arı pətəyini sel aparıb

Ölkə

31 May 2010, 17:36

Fövqəladə Hallar Nazirliyi Qax rayonunda baş verən təbii fəlakət barədə məlumat açıqlayıb. Məlumatda bildirilib:
"30 may 2010-cu il tarixində yağan leysan xarakterli yağışlar Qapıçay çayında suyun səviyyəsinin artmasına səbəb olmuşdur. Nəticədə, Qax rayonunun Marsan kəndinin ərazisini sel suları basmış, Bakı-Balakən avtomobil yolunun və Yevlax-Balakən dəmiryolu xəttinin Marsan kəndindən keçən hissəsini, eləcə də 125 fərdi evin zirzəmisini və həyətyanı sahələri su basmış, bəzi həyətlərin hasarları aşmış, 2 baş iri və 15 baş xırdabuynuzlu ev heyvanı, 300-dən artıq ev quşu və 70-dən çox arı pətəyini sel aparmışdır. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları həmin ərazilərin sel sularından təmizlənməsini, həmçinin, müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmişlər. Hazırda avtomobil yolunda və dəmiryolu xəttində nəqliyyatın hərəkəti bərpa olunmuşdur".

Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir