Modern.az

Ərdoğandan sürpriz Krım görüşməsi- SON DƏQİQƏ

Ərdoğandan sürpriz Krım görüşməsi- SON DƏQİQƏ

17 Mart 2014, 01:08

Türkiyənin Baş naziri RəcəbTayyip Ərdoğan Krım Tatarlarının lideri Mustafa Cəmil Krımoğluyla İzmirdə görüşüb.

Modern.az saytının əldə etdiyi məlumata görə, bu sürpriz görüşdə R.T.Ərdoğan Türkiyənin tək tərəfli olaraq Krıma müdaxilə etməsinin mümkün olmadığını ifadə edərək, "Türkiyə qərb dünyası ilə birlikdə Ukraynanın ərazi bütövlüyünün qorunmasını istəyir. Bu mövzuda Türkiyənin də içində olduğu NATO bir qərar alarsa biz də əlbəttə bunu qəbul edəcəyik" mesajını verdi. 

Baş nazir Ərdoğan Türkiyənin Krım Tatarlarının yanında olacağını və onlara heç bir şəkildə zərər gəlməməsi üçün hər cür köməklik etməyə hazır olduğunu vurğuladı. R.T. Ərdoğan referendum nəticəsinin Türkiyə tərəfindən tanınmayacağına dair sabah rəsmi bir açıqlama veriləcəyini bildirdi.

Krımoğlu da öz növbəsində Türkiyənin yanlarında olmasının onlara böyük mənəvi dəstək verdiyini ifadə edərək, Krım Tatar Məclisini boykot çağırışına Krım Tatarlarının böyük ölçüdə əməl etdiklərini vurğuladı. Krımoğlu Rusiya tərəfinin "Krım Tatarlarının sıx yaşadığı yerlərdə səs vermə nisbətinin 70%-i keçdiyi" şərhinin isə həqiqətlə heç bir əlaqəsinin olmadığını söylədi.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir