Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun müddəti 1 gün uzadılıb. Modern.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib: “2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu 1 iyun 2010-cu il saat 17-dək aparılacaq. Abituriyentlər internet vasitəsilə elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri qeyd olunan vaxtadək müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirə bilərlər”. Modern.az