Modern.az

Yazıçılar Birliyi “Ədəbiyyat qəzeti"ndə yoxlamalara başlayıb

Yazıçılar Birliyi “Ədəbiyyat qəzeti"ndə yoxlamalara başlayıb

17 Mart 2014, 12:11


““Ədəbiyyat qəzeti"ndə yoxlama aparılır. Biz vaxtaşırı redaksiyalarda belə yoxlamalar keçirdirik. Qurultay ərəfəsidir. “Ədəbiyyat qəzeti" də nəşriyyat qəzetlərimizdən biridir. Buna görə yoxlama aparırıq. Təxminən 15-20 günə yoxlamanın nəticəsi açıqlanacaq”.

Bunu Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib.

Modern.az saytına daxil olan məlumata görə, “Ədəbiyyat qəzeti"ndə bu dəfə aparılan yoxlamalar sıradan deyil.

Qəzetə ayrılan vəsaitin əməkdaşlar arasında bölüşdürülməsi məsələsində ciddi problemlərin olduğu da söylənilir.

Baş vermiş bu məsələlərə görə qəzetin baş redaktorunun işdən kənarlaşdırılacağı da qeyd edilir. Digər məlumatlara görə, artıq qəzetə təyin olunacaq yeni baş redaktorun adı da məlumdur.

Bu sırada qəzetin bir neçə şöbə müdirinin adı hallanır. Məlumatda şanslılar arasında ən çox Adil Cəmilin adı çəkilir. Hətta bu məsələ ilə bağlı artıq Adil Cəmilin Yazıçılar Birliyi rəhbərliyi tərəfindən qəbul olunduğu da deyilir.

 

Misranə Həsənzadə  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi