Sentyabrın 29-da Bakı Slavyan (BSU) universitetində «Azərbaycan jurnalistika tədrisinin inkişafına dəstək» layihəsinin imzalanmasına həsr edilmiş tədbir keçirilib. Modern.az-ın məlumatına görə, layihənin gerçəkləşdirilməsinə Avropa Şurası, BBC World Servise Trust (Dünya etimad Xidməti) və BSU dəstək verir.
BSU-nun rektoru, professor Kamal Abdulla layihənin həyata keçirilməsində dəstək olan təşkilatlara minnətdarlığını bildirib. Onun sözlərinə görə, layihə jurnalistlərin dünyada gedən inteqrasiyasını, onların peşəkarlıq səviyyəsinin artırılmasını daha da sürətləndirəcək: «Layihə çərçivəsində dünya çapında məşhur jurnalistlər təlbələrimizə mühazirə deyəcək. Bu Azərbaycanda jurnalistikanın inkişafına təkan verəcək».
BBC World Servise Trust-in idrektoru Koralin Nursey dünyada bir çox ölkələsində jurnalistikanın inkişafı ilə bağlı layihələr həyata keçirdiklərini bildirib. O, Azərbaycanda jurnalistikanın inkişafı ilə bağlı əllərindən gələn işləri görəcəklərini qeyd edib.
Aqil LƏTİFOV