Modern.az

Dünya İsraili lənətləyir

Dünya İsraili lənətləyir

Təhsil

1 İyun 2010, 09:52

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclasa keçirilib. Modern.az BBC-yə istindən xəbər verir ki, Ankaranın tələbi əsasında çağırılmış iclasda çıxış edən Türkiyənin xarici işlər naziri  Əhməd Davutoğlu İsrailin cəzalandırılmasını tələb edib. Davutoğlu Qəzzaya humantar yardım aparan “Azadlıq donanması”nın beynəlxalq sularda  İsrail tərəfdən atəşə tutulması nəticəsində fələstinli və Türkiyə vətəndaşlarının həlak olmasını İsrail dövlətinin əli ilə törədilmiş qətl hadisəsi adlandırıb.

 

 "Mən İsrailin müdafiə qüvvələrinin Qəzzaya humanitar yardım aparan çoxmillətli, mülki karvana ərazi sularından 72 dəniz mili aralıda hücumuna və çox sayda mülki şəxsin öldürülməsinə etiraz edirəm.  Bu hərəkət üçün heç bir əsas olmayıb. İsrailin hərəkətləri beynəlxalq qanunlara ziddir. Sadə dildə desək bu, quldurluğa və piratlığa bərabər bir hərəkətdir. Bu, dövlət tərəfindən həyata keçirilmiş qətldir. Bu nə bağışlana, nə də əsaslandırıla bilər. Belə bir yola qədəm qoymuş ölkə beynəlxalq birliyin hörmətli üzvü kimi legitimliyini itirmişdir”,-deyə Davutoğlu bildirib. Davudoğlu İsrailin əlinin qana bulaşdığını bildirib.

  

srailin BMT-dəki səfirnin müavini Dəniyel Karmon bildirib ki, İsrail qüvvələri yaranmış situasiyada özünümüdafiə məqsədilə qüvvəyə əl atıblar:

 

"Məlum olanda ki, etiraz donanması dəfələrlə edilmiş xəbərdarlıqlara rəğmən blokadanı pozmaq niyyətindədir, İsrailıin dəniz qüvvələri donanma üzərində nəzarəti ələ keçirərək, onu Aşdod istiqamətinə yönəldib. Çox təəssüf ki, gəmilərdən birinə daxil olan əsgərlərə qarşı zorakı və təhdidedici hərəkətlər edilib. İsrail əsgərlərinə qarşı odlu silahdan, bıçaqlardan, dəyənəklərdən və başqa silah növlərindən istifadə olunub. Niyyət aydın idi, İsrail əsgərlərini linç etmək. Bu tanmamilə sənədləşdirlib və mən əminəm və ümid edirəm ki, mətbuat bunları çap edəcək. Bu gəmi göyərtəsində əsil linç cəhdi idi. Heç şübhəsiz əsgərlər özünümüdafiə mövqeyindən hərəkət ediblər”.

 

Fələstinin BMT-dəki missiyasının rəsmisi Riyad Mənsur Təhlükəsizlik Şurasını baş verənlər üçün məsuliyyəti üzərinə götürməyə çağırıb. Riyad törədilmiş cinayətin araşdırılmasını tələb edib. O  Qəzza zolağındakı insanların blokadasına son qoyulmasını tələb edib.

 

BMT TŞ-nin 15 üzvünün  İsrailə münasibəti kəskin olub. Onların əksəriyyəti İsraili tənqid edib və baş vermiş insidentin tam araşdırılmasını tələb ediblər. BMT baş katibi Pan Qi Mun da anoloji tələblə çıxış edib. 

Bir çox ölkələr – Rusiya, Fransa və Çin Qəzzə sektorunun blokadasına son qoyulmasını tələb ediblər. Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Aleksandr Pankin bəyan ediib ki, Moskva beynəlxalq sularda baş vermiş hadisəni pisləyir və dinc insanlara qarşı silah tətbiq olunmasını hamı tərəfindən qəbul olunmuş beynəlxalq huquq normalarının kobudcasına pozulması hesab edir. 

İsrailin yaxın müttəfiqi Amerikanın nümayəndəsi Alexandro Uolff da narahatçılığını bildirib, lakin qeyd edib ki, hadisənin başvermə təfərrüatları hələ də məlum deyil.

O, İsrail hökumətini ətraflı təhqiqat aparmağa çağırıb.

 

Qeyd edək ki, hazırda TŞ üzvləri İsrailə qarşı qətnamə layhəsinin məzmununu razılaşdırmağa çalışır. Bağlı qapılar arxasında davam edən iclasda qəbul olunacaq qətnamənin qəbulu üçün konsensusun necə əldə olunacağı maraq doğurur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu