Modern.az

Bakıda evsiz yazıçılara ayrılan 9 mənzildən 4-ü satılıb

Bakıda evsiz yazıçılara ayrılan 9 mənzildən 4-ü satılıb

Ədəbi̇yyat

18 Mart 2014, 09:44

Azərbaycan Yazıçılar Birliyinin 36 üzvünə ayrılmış 9 başıbəlalı mənzilin aqibəti yenə də ürəkaçan deyil. Yazıçılar Birliyi sədrinin müşaviri və Mənzil Komissiyasının rəhbəri Rauf Aslanovun Modern.az-a verdiyi məlumata görə, mənzillər aid olduğu tikinti şirkəti tərəfindən daha ucuz qiymətə satılır.

Ucuz satılacaq həmin mənzilin pulu isə qaydalara əsasən 4 yazar arasında bölünməlidir. Artıq 9 mənzildən 4-ü satılıb. Onların eyni binadakı mənzillərdən daha ucuz qiymətə satılması isə AYB-ni və yazarları qane etmir:
“Binadakı mənzillərin bir kvadrat metri 1700 manata olduğu halda 4 mənzilin hər kvadrat metri 1000 manata satılıb. Yazıçılar da bundan narazıdır. Çünki belə olan təqdirdə onlara daha az pul qalır”.

Qeyd edək ki, AYB-də evsiz yazıçılara kömək məqsədilə “Abidə” MTK tərəfindən verilən 9 mənzil 36 yazar arasında bölünüb. Mənzillər Bakının Zərgərpalan küçəsində yerləşən binadadır.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!