Modern.az

Bu günün ən şablon və yaddaqalan şüarı...

Bu günün ən şablon və yaddaqalan şüarı...

1 İyun 2010, 10:12

Viktor Hüqo “Dünyada körpə qığıltısından təntənli himn yoxdur” deyib.  Doğrudan da keçmişlə gələcəyimizi bağlayan uşaqlar bizim dünyanın ən sevincli və bəxtəvər hisslərini yaşadan kəslərdir.  Hər il 1 iyunu Uşaqları Müdafiə günü kimi qeyd edirik. Pafosu kənara qoysaq sual edə bilərik- bu gün biz uşaqları müdafiə edə bilirikmi? Çətin sualdır.... Biz onlar üçün təhlükəli bir dünya qurmuşuq. Son yüz ilin ən böyük problemi uşaqlar və onların təhlükəsizliyi olub desək yəqin ki yanılmarıq. “100 illiyin fotosu” müsabiqəsi arasında məşhur bir şəkil var- Vyetnam müharibəsinə həsr olunub. Bomba partayışı fonunda ağlaya-ağlaya qaçışan bir dəstə yarıçılpaq vyetnamlı uşaq... Qabaqda qaçan qızcığazın dəhçətdən və qorxudan əyilmiş üzü müharibənin apaydın tablosudur. 70-ci illərdə çəkilmiş bu şəklin sərt gerçəkliyi XX1-yüzilin əvvəlində də aktuallığını saxlayır.  Həmən qızçığazın indi 40-dan yuxarı yaşı var. Amma təhlükəsiz dünya hələ də arzu olaraq qalır. Qura bilmirik onu!  

 

...Qəribədir – müharibə baiskarları, qlobal silah alverçilərinin də özləri üçün  ümid bildikləri bir təbəssüm var-körpə təbəssümü.. Onların siyasi hikkələrinin qurbanına çevrilən bu təbəssüm saxtadır.. Bu güclərin saxta sülh arzuları qədər.. Çünki vacib olan  sülh arzusunun qondarma ...izmlər altında qalmamasıdır. Mən həmişə saf uşaq arzularından məqsədli şəkildə istifadə edənlərə nifrət etmişəm. Onların sünilyi həmişə insanları çaşdırıb. Saf körpə təbəəsümünün kölgəsi altında idbar əməllərini davam etdirən siyasi dəllalar həmişə ikrah doqurub. Dünyanı həmişə ən böyük təhlükə ocağı kimi saxlayan SSRİ özünü dünyaya “sülh carçısı” kimi sırımaq üçün bir vaxtlar Samanta Smit adlı amerikalı qızc;ğazın saf niyyətindən geninə  -boluna istifadə etdi.   Samanta Smit elə bu riyakarlığın  qurbanı oldu. Körpə qızcığazın saf sülh istəyindən SSRİ və ABŞ öz aralarında doyunca siyasi reklam yapdı. Günlərin birində Samanta təyyarə qəzasında həlak oldu... Bütün dünya üçün sülh göyərçininə dönmüş Samanta öz ölümü ilə böyüklər tərəfindən uşaqlar üçün necə təhlükəli bir dünya qurulduğunu açıb ortaya qoydu..

 

...“Dünya köhnə dünya olsa da” uşaqların təmiz  təbəssümü ilə süslənmiş dünyaya çevrilə bilmir. Çünki dünyanı qanla çalxalayan böyüklər bir zaman uşaq olduqlarını unudublar. Uşaq mahnılarına fikir vermisiniz? Sözləri necə sadə, təmiz, süd qoxulu olur.... ”Qoy həmişə günəş olsun, qoy həmişə anam olsun”...Günəşi uşaqlardan gizlətməyə çalışanlar həmişə uşaq mahnılarına biganə olublar.. Dünyamızı üçün bütün qorxu və təhlükə bu biganələrdən törənir.

 

...  Uşaqlar bizim gələcəyimizidir”-bu günün ən şablon və yaddaqalan şüarı budur. Amma bu gələcək gəlməyə də bilər. Məqsədli sülh dəllaları, uşaq mahnılarına biganə olan kəslər, günəşi gizlədənlər nə qədər ki, öndədir  bu gələcək o qədər dumanlı olacaq.

 

...Kecmişini arxada qoyan kəslər gələcəklərini bu gün qurmalı və onu qorumağı bacarmalıdır...

Yoxsa günlərin birində  “təntənli himn” bizim üçün  “matəm marşına” çevriləcək! Bu dünyada isə körpə təbəssümünü itirməkdən böyük ağrı ola bilməz..

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi