Modern.az

Baş Prokurorluq “Qanun”un şikayətinə məhəl qoymadı

Baş Prokurorluq “Qanun”un şikayətinə məhəl qoymadı

18 Mart 2014, 15:16


“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun Vergi Audit Departamentinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa etdiyi müraciətə cavab gəlib. Prokurorluq şikayət ərizəsinin araşdırılmasını yenidən Vergilər Nazirliyinə həvalə edib.

Modern.az-ın məlumatına görə, sözügedən nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu bununla bağlı bildirib ki, Baş Prokurorluq qanunun icrasına nəzarət edən orqandır, buna görə də şikayəti məhz o araşdırmalıdır. “Niyə prokurorluq öz səlahiyyətlərini icra etmir? Bu qədər ziyalının etirazına səbəb olan qərəzli vergi yoxlamasına prokurorluq niyə göz yummalıdır? Hər kəs bilir ki, vergilər qanun nəşriyyatına qarşı qərəzlidir, bu nəşriyyatı 150 min cərimə ilə məhv etmək istəyir”.


Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu