Modern.az

Qənirə Paşayeva Qətərin əmiri ilə görüşüb

Qənirə Paşayeva Qətərin əmiri ilə görüşüb

1 İyun 2010, 11:52

Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumunda iştirak edən millət vəkili Qənirə Paşayeva forum çərçivəsində Qətər Dövlətinin Əmiri Şeyx Hamad Bin Jassim Bin Jabr AL-Thani ilə görüşüb. Azərbaycanla Qətər arasında yüksək səviyyədə əlaqələrin olduğunu deyən Qətər Dövlətinin Əmiri Şeyx Hamad Bin Jassim Bin Jabr AL-Thani iki ölkə arasında əməkdaşlığın daha da inkişafına və genişlənməsinə böyük  önəm verdiklərini bildirib. Əmir Azərbaycan prezidenti İlham Əliyevlə dost münasibətlərinin olduğunu və bunu yüksək qiymətləndirdiyini vurğulayıb. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlamasına, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd yuvasına dönməsinə imkan vermədiyini vurğulayan Qənirə Paşayeva Qətər dövlətinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Azərbaycanın mövqeyini və ədaləti dəstəkləməsinə görə Qətər Dövlətinin Əmiri Şeyx Hamad Bin Jassim Bin Jabr AL-Thaniyə təşəkkür edib və bu dəstəyin gələcəkdə də yüksək səviyyədə davam edəcəyinə azərbaycanlıların inandıqlarını bildirmişdir.

Millət vəkili forum çərçivəsində Finlandiya prezidenti Tarja Halonen ilə də görüşüb. Azərbaycan Finlandiya münasibətləri, qadınların cəmiyyətdə rolunun genişləndirilməsi və.s mövzuları ətrafında fikir mübadiləsi aparılıb. 

Makedoniya prezidenti Georgi İvanovla görüş zamanı Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiyini deyən Makedoniya prezidenti bildirib ki, Azərbaycan və Makedoniyanın beynəxalq arenada bir-birini qarşılıqlı dəstəkləməsi vacib və əhəmiyyətlidir. Millət vəkili Makedoniya prezidentinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib və fikir mübadiləsi aparılıb.

Deputat Ermənistanın BMT Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə  məhəl qoymaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədiyini və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə qaytmasına imkan vermədiyini vurğulayaraq beynəlxalq ictimaiyyətin bununla bağlı Ermənistana təzyiqlərinin artmasının vacibliyini vurğulayıb.

Q.Paşayeva forum çərçivəsində həmçinin İordaniya kraliçası Rania, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski,     Livanın sabiq prezidenti Amin Gemayel və Suriyanın sabiq iqtisadiyyat naziri ilə də görüşüb.  

 

 

 

 

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir