Arxiv
29 Sentyabr 2009, 17:58 |
Gənclik və ölüm...

Həyat müəllifsiz rejissorun çəkdiyi film kimidir. Şekspirin dediyi kimi, həyat bir tamaşadır, insanlar isə onun aktyorları. Filmin ən yaddaqalan hissəsi isə “gənclik” görüntüləridir. Bu görüntülər kitab kimidir. Bu kitabı oxumağa başladıqda bitməyə başlar...

Başqaları üçün yaşamaq...

Həyatın ən parlaq görüntüləri gənclik dövründə yaşanır. Çünki, gənclər keçmişlə yox, gələcəklə yaşayırlar. Gənclik bir az romantik, bir az da xəyalpərəst olur. Gənc olduğun zaman  uşaqlığı az xatırlayarsan. Yaşlılar isə gəncliyi xatırladıqları üçün daim keçmişdən misal çəkirlər və keçmişlə yaşayırlar. Amma gənclər keçmişi xatırladıqda qəribə  bir boşluq hiss edirlər. Onlar daha çox bu gün üçün yaşayırlar. Hər iki yaş təbəqəsinin az xatırladığı zaman kəsiyi  uşaqlıq dövrü olur. Sanki sən bu həyatı başqaları üçün yaşamısan. Valideynlər adətən gənc övladlarının uşaqlığından danışırlar. Öz həyatları kimi nağıl etdikləri bu səhifələr sənə aid deyil, başqalarınındır. Sən bu dövrü elə bil ki yaşamamısan... Bütün bunlar filmi xatırladır. Bu nümayişin həqiqi seyrçiləri isə bu filmi sənə nağıl edənlərdir. Bu gün sən də başqalarının filmini seyr edirsən. Uşaqlıq bitdi, sən artıq daha çox özün üçün yaşayırsan, bütün seçimləri özün edirsən. Bəzən uşaqlıq etmək istəyirsən. Yenidən doğulmaq istəyirsən. Bunun mümkün olmadığını bilirsən, amma mümkünsüzlüyü istəyirsən. Ümumiyyətlə, insanların çoxu mümkünsüzlüyü istəyir və o haqda düşünür. Düşünmək varlığın əyani sübutudur. Gənclik isə düşünmək yox, daha çox yaşamaq istəyidir. Amma...

Zamanın tələbi...

Uşaq olanda daha böyük düşünürük. Yaş artdıqca böyük düşüncələr kiçilməyə, zaman isə qısalmağa başlayır. Bəzən düşünmək belə istəmirsən. Zaman keçdikcə realist olmağa başlayırsan. Realist olduqdan sonra, daha çox maddiyat səni maraqlandırır, çünki həyat bunu tələb edir. Bəzən bunun üçün  nə etmək lazım  olduğunu bilirsən, bəzən də yox. Amma yaşamaq üçün maddiyat lazımdır. Zaman keçdikcə insan həyatla kompramisə gedir. Daha sonra isə insan öz tələbatını yox, zamanın tələbatını ödəməyə başlayır. Artıq “zamanla ayaqlaşıram” ifadəsini işlədirsən. Bəs bundan sonra?
Vücudunun ölümə meyilliliyini qəbul edirsən. Artıq sən də bəyənmədiyin yaşlıya çevrilmisən. Onlar kimi keçmişi düşünürsən və keçmişlə yaşayırsan. Çünki qarşıda heç nə yoxdur, “ölüm” deyilən acı həqiqətdən başqa. Hər kəs sənə hörmət edəcək. Ona görə yox ki, keçmişin səninlədir, ona görə ki, sən ölümə daha yaxınsan... 

Son...

Ölüm deyilən gerçək var. Elə bir insan tapılmaz ki, bu soyuq gerçəyin qarşısında üşümədən dayana bilsin.  Ölüm qorxudur, anlaşılmaz, dumanlı bir hisdir...
Ölüm yatağına düşənə qədər, son olaraq ölümün nəfəsi sifətinə, saçlarına təmas edincəyə qədər onun  səndən uzaq olduğunu düşünürsən. Həyatın ən böyük möcüzəsi uşaqlığından ölüm anına qədər ölümün sənə bu qədər yaxın olmasına baxmayaraq, hər zaman onu unudaraq, özünə yaxın buraxmayaraq yaşaya bilməyindir...Yoxsa insanlar bu qorxulu həqiqət qarşısında davam gətirə bilməzdilər.
Xoşbəxt insan odur ki, artıq bu dünyayla vidalaşarkən, keçmişi xatırladığında həyatı ləyaqətlə, alnı açıq tərk etdiyini anlayır və ölüm gerçəyini soyuqqanlılıqla qarşılayır...        

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət büdcəsində 403,8 mln. manatlıq profisit yaranıb 19 Aprel 2019, 12:48 Adil Əliyev sədr müavini seçildi 19 Aprel 2019, 12:41 Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskli ölkələr qrupunda... 19 Aprel 2019, 12:32 Muxtar Babayev vətəndaşları dinlədi 19 Aprel 2019, 12:29 Baş pediatrdan valideynlərə  peyvəndlə bağlı XƏBƏRDARLIQ 19 Aprel 2019, 12:29 UNEC alimlərinin dünya elminə töhfəsi   19 Aprel 2019, 12:22 Azərbaycanda 6 milyard dollarlıq layihə təsdiqləndi   19 Aprel 2019, 12:19 Dəyirmi masa - “Heydər Əliyev və Azərbaycan məfkurəsi” 19 Aprel 2019, 12:18 Qəbələdə güzəştli gübrə satıldı 19 Aprel 2019, 12:15  “Real” transferlərə rekord pul xərcləməyə hazırdır 19 Aprel 2019, 12:10 Quardiola Messisiz bacarmır 19 Aprel 2019, 12:07 Obyektlərin elektrik şəbəkəyə qoşulması asanlaşacaq 19 Aprel 2019, 12:05 Məşhur vokalçı Amil Həsənoğluna direktor vəzifəsi verildi 19 Aprel 2019, 12:05 Avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyuldu 19 Aprel 2019, 12:00 “Azərbaycanda hər il azı 20 min abort etdirilir” 19 Aprel 2019, 11:51 BP “Azəri-Çıraq-Günəşli” blokunun platformalarının birində işi dayandırdı 19 Aprel 2019, 11:45 Alış-veriş edən vətəndaş ƏDV-ni nə vaxtdan geri ala biləcək? - AÇIQLAMA 19 Aprel 2019, 11:28 Diplomatlar Şamaxıya getdilər 19 Aprel 2019, 11:28 Rəsmi Bakı Ermənistana çağırış etdi 19 Aprel 2019, 11:25 Milli parklarda “açıq qapı” günü keçiriləcək   19 Aprel 2019, 11:14