Modern.az

Uşaq hüquqları tamaşalarda

Uşaq hüquqları tamaşalarda

1 İyun 2010, 12:07

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi maraqlı tədbirlər proqramı həyata keçirib. Belə ki, Mərkəz bu gün regionlarda uşaq hüquqlarının təbliği məqsədilə həvəskar gənclərin iştirakı ilə maarifləndirici tamaşalar keçirib. Mərkəzdən Modern.az-a verilən məlumata görə, Füzuli və Beyləqan rayonlarında səhnəyə qoyulmuş tamaşalarda yüzlərlə məktəbli və yeniyetmə iştirak edib, onlar uşaq hüquqları və onun qorunması mexanizmi barədə praktiki məlumatlar əldə edə biliblər. Mərkəzin mədəniyyət bölümündə çalışan yaradıcı gənclərin hazırladığı tamaşalarda uşaq hüquqlarının əksər hallarda necə pozulduğu, onların necə və kim tərəfindən qorunduğu, qanun pozuntuları olduğu halda nə edilməli və s. suallara cavab tapmaq mümkün idi. Mərkəzin mətbuat xidməti bu tip fəaliyyətlərin sentyabr ayından etibarən digər regionlarda da davam etdiriləcəyi barədə məlumat verib. Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi