Modern.az

NATO Türkiyənin tələbi ilə fövqəladə iclas keçirəcək

NATO Türkiyənin tələbi ilə fövqəladə iclas keçirəcək

1 İyun 2010, 12:20

İyunun 1-də Türkiyənin tələbi ilə NATO İsrailin Qəzzaya yardım aparan donanmaya hücumunu müzakirə etmək üçün fövqəladə iclas keçirəcək. ("Azadlıq" radiosu). Alyansın sözçüsü Ceyms Appaturayın sözlərinə görə, NATO beynəlxalq sularda insan tələfatından dərin narahatlıq keçirir. İclasda NATO-ya üzv olan 28 ölkənin səfirləri iştirak edəcək.

Xatırladaq ki, İsrail ordusu mayın 31-i gecə saat 4:30 radələrində Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücum çəkib. Humanitar yardım aparan gəmilər İsrailin sahil sularından uzaqda olub. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər də var. Xeyli ölən və yaralananlar var.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir