Modern.az

Elmar Məmmdəyarovla Əhməd Davutoğlunun danışığı baş tutmayıb

Elmar Məmmdəyarovla Əhməd Davutoğlunun danışığı baş tutmayıb

1 İyun 2010, 12:53

“İsrail və Türkiyə arasında “sülh donanması”nda baş vermiş hadisə dərindən öyrənilməli və günahkarlar cəzalarını  almalıdırlar”. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

Onun sözlərinə görə, humanitar yardımlar çərçivəsində xüsusən də insan itkiləri ilə müşayiət olunmuş hadisə  narahatçılıq yaratmaya bilməz.   “Hesab edirik ki, indiki halda emosiyalara qapılmaq olmaz”,-deyə Poluxov bildirib.

 

O qeyd edib ki, Azərbyacan Qəzza sakinlərinə humanitar yardımlar göstərilməsinə tərəfdar olub. “Azərbaycanın bu mövqeyini prezidentin tapşırığı ilə xarici işlər naziri Elmar Məmmədyarov Qəzza əhalisinə humanitar yardım göstərilməsinə dair donor təşkilatların 2009-cu il  martın 2-də keçirilmiş  beynəlxalq konfransındakı çıxışında da diqqətə çatdırıb”.  E.Poluxovun sözlərinə görə, Azərbaycan XİN başçısı baş verənlərlə əlaqədar türkiyələ həmkarı Əhməd Davutoğlu ilə telefon əlaqəsi yaratmağa çalışıb, lakin Türkiyə XİN başçısı Amerikaya yolüstündə olduğudan danışıq baş tutmayıb.  

Poluxov rəsmi Bakının Fələstin – İsrail məsələsində mövqeyini diqqətə çatdırıb: “Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Azərbaycan iki  bərabərhüquqlu  suveren dövlətlərin -  İsrail və Fələstinin mövcud olmasını dəstəkələyir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI