Modern.az

İsrail 48 nəfəri deportasiya edir

İsrail 48 nəfəri deportasiya edir

1 İyun 2010, 12:57

İsrail Qəzzaya humanitar yardım aparan “Azadlıq donanması” gəmisində həbs olunmuş xarici ölkə vətəndaşlarından 48 nəfəri yaxın vaxtlarda deportasiya edəcək. Modern.az xəbər verir ki, bu barədə  İsrail radiosu məlumat yayıb.  Gəmidə həbs olunmuş 487 xarici ölkə vətəndaşları isə İsrailin Aşdod həbsxanasındadır.  Hazırda 45 nəfər xəstəxanalarda  müalicə alır, onlardan çoxu türkdür.

Aşdod həbsxanasında saxlanan xarici ölkə vətəndaşları gün ərzində dindiriləcək. Yalnız bundan sonra İsrail hökumət orqanları onların vətənlərinə təhvil verilib-verilməməsi barədə qərar qəbul edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı