Modern.az

Azərbaycandan İsrailə etiraz bəyanatları ünvanlanıb

Azərbaycandan İsrailə etiraz bəyanatları ünvanlanıb

Ölkə

1 İyun 2010, 14:16

Modern.az xəbər verir ki, İsrail hərbi qüvvələrinin Fələstinə insani yardım aparan gəmiyə hücum etməsi və sonucda arasında türklərin də olduğu xeyli insanın öldürülməsi bütün dünyada, o cümlədən Azərbaycanda da ciddi etirazlara səbəb olub. Аnа Vətən Pаrtiyаsı (AVP) İsrаil dövlətinin dinc insаnlаrа qаrşı törətdiyi vаndаlizmi qətiyyətlə pisləyən bəyanat yayıb. Məlum hadisəni terror adlandıran AVP bildirib ki, İsrаil rəsmilərinin açıqlamaları onu sübut еdir ki, dinc insаnlаrа, humаnitаr yük dаşıyаn gəmilərə аtəş əmrini məhz ən yüksək çinli dövlət məmurlаrı vеrib. “İsrаilin bu аddımı bəşəri dəyərlərə və humаnizmə qəsddir və о, ədаlətli, hüquqi qiymətini аlmаlıdır”.

Аnа Vətən Pаrtiyаsı İsrаil dövlətinin dinc insаnlаrа qаrşı törətdiyi vаndаlizmi qətiyyətlə pisləyir və dünyа ictimаiyyətini bаş vеrmiş аntihumаnist hərəkətə qаrşı vаhid mövqе nümаyiş еtdirməyə səsləyir.

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrət bildirib ki, baş verənlərdə İsrailin aqressivliyi açıq-aydın sezilməkdədir və istər Türkiyənin, istərsə də başqa ölkələrin buna verdiyi sərt qarşılıq haqlı olmaqla bərabər dəstəklənməyə də layiqdir. Azər Həsrət onu da qeyd edib ki, İsrail əsgərlərinin bir türk gəmisinə hücum etməsi, əliyalın insanları odlu silahlarla qətlə yetirməsi artıq ondan xəbər verir ki, uzun illər boyu ərəb dünyasını terror edən yəhudi dövləti indi də türk dünyasını terror etməyə girişib: “İsrailin bu dəfə məhz türk gəmisini hədəf seçməsi onun bütün türk dünyasına meydan oxuması kimi qəbul edilməlidir və bu üzdən bütün dünya türkləri Türkiyənin yanında olmalıdır. Artıq bizim dövlətlərimizi hədəfə alan dövlətlərə türk dövlətlərinin yalqız deyil, bir olduğunu göstərmək zamanı gəlmişdir”. Olayla bağlı Azərbaycan İslam Demokrat Partiyası (AİDP) da bəyanat verib. Partiyanın sədri hacı Tahir Abbaslı bildirib ki, onlar İsrailin  Qəzzaya hümanitar yardm aparan Türkiyəyə məxsus gəmiyə hücumunu düşmənçilik hesab edirlər. Onun fikrincə İsrailin bu hərəkəti onun bölgədə düşmənçilik missiyasını davam etdirməyə məhkum olduğunu bir daha sübüt edir. Baş verən hadisəni Türkiyənin baş naziri Ərdoğanın Davosda İsrailin Fələstinə qarşı addımlarına kəskin reaksiyasının cavabı kimi qiymətləndirən AİDP sədri hesab edir ki, baş verən hadisə indiyə kimi dünyanın gözünə  “xolokost”, “məzlum”luq külü üfürən İsrailin həqiqətən də İslam dünyasına düşmən olduğunu sübut edir.   Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası da bəyanatla çıxış edib. Partiya yüz illər boyu yəhudilərlə Türklərin mehriban münasibətlərinə soyuqluq gətirən son hadisələrin, Türk dünyası ilə münasibətlərini kəskinləşdirən İsrail hökümətinin bəzi üzvlərinin yanlış siyasətini pisləyib və belə hərəkətlərə son qoymağı tələb edib. "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi bu gün Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyada İsrailin mayın 31-nə keçən gecə Qəzzaya humanitar yardım aparan gəmi karvanına basqını pislənilib və qınanılıb. Aksiya iştirakçıları Türkiyə Cümhuriyyətinə və Türk xalqına dəstəklərini və həmrəyliklərini bildiriblər. Əllərində Türkiyə, Azərbaycan bayraqları tutan aksiya iştirakçıları "İsrail barbar", "İsrail qatil" plakatları tutub, "Bir millət, iki dövlət Azərbaycan - Türkiyə", "Türkyənin dərdi -Azərbaycanın dərdi", "Məhv olsun İsrail!" və s. şüarlar səsləndiriblər.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür