“Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı 2006-ci il İyun ayının 1-I Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günündə bir qrup məktəbli tərəfindən təsis olunub. 2009-cu ildə təşkilat həm də gənclər təşkilatı kimi fəaliyyət göstərir. Hazırda təşkilatın tərkibində 45 məktəbi və 6 univeristeti təmsil edən 600-dən artıq gənc birləşib.
Təşkilatın təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Bakı Məktəblilərinin Parlamenti yaradılıb. Təşkilat fəaliyyətdə olduğu 4 il ərzində 500-dən artıq tədbir və layihə reallaşdırıb. «Gənc Liderlər» hazırda bir sıra qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir.