Modern.az

Azərbaycan diasporunun nəzdində “Edinaya Rossiya” partiyasının özəyi yaradılıb

Azərbaycan diasporunun nəzdində “Edinaya Rossiya” partiyasının özəyi yaradılıb

Təhsil

1 İyun 2010, 16:19

Rusiyanın Arxangelsk vilayətinin Ustyanskiy rayonunda fəaliyyət göstərən Azərbaycan diasporunun nəzdində Rusiyanın hakim partiyası olan “Edinaya Rossiya” (Vahid Rusiya) partiyasının özəyi yaradılıb. İlk partiya təşhkilatı kimi fəaliyyət göstərəcək bu özəkdə əsasən azərbaycanlılar toplaşıblar, amma quruma ruslar da daxildir. Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildirilib ki, partiya sıralarına qatılmaq üçün Rusiya vətəndaşı olmaq mütləq şərtdir. Ustyanskiy rayonundakı Azerbaycan diasporunun rəhbəri, eləcə də Ustyanskiy rayon administrasiyası rəhbərinin milli məsələlər üzrə köməkçisi Yusif Süleymanov bildirib ki, belə bir təşəbbüsün irəli sürülməsi və reallaşdırılmasında əsas məqsəd bu bölgədəki soydaşlarımızın siyasi fəallıgını artırmaq, cəmiyyətə inteqrasiyasıni sürətləndirmək, seçkilərdə fəal iştirakını təmin etmək və gələcəkdə yerli secçili orqanlarda aktiv təmsil olunmalarına yardım etməkdir. Qeyd edək ki, belə bir təşəbbüsü Rusiyadakı diasporumuz ilk dəfədir həyata keçirir. Yusif Suleymanov deyib ki, diasporumuzun nəzdində hakim partiyanın özəyinin yaradılması “Edinaya Rossiya” partiyası ilə əlaqələri, əməkdaşlığı daha da möhkəmləndirəcək, gələcəkdə partiya üzvləri arasında soydaşlarımızın sırasını genişləndirəcək. “Edinaya Rossiya”nın diasporumuzun nəzdindəki özəyinin ilk toplantısında Yusif Suleymanov qurumun katibi, Svetlana Ojiqina isə seçilib. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı