Modern.az

Ali məktəblərə ərizə qəbulu başa çatdı

Ali məktəblərə ərizə qəbulu başa çatdı

1 İyun 2010, 17:55

İyunun 1-də 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali  təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu başa çatıb. Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən iyunun 1-dək internet vasitəsilə “elektron ərizə” doldurub və aprelin 30-dan iyunun 1-dək müvafiq sənəd qəbulu komissiyasına tələb olunan sənədləri təqdim etməklə ərziələrini təsdiq etdiriblər.

Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilkin statistik məlumatına əsasən, Sənəd Qəbulu Komissiyalarında 115855 abituriyent "elektron ərizə"sini təsdiq etdirib. (2009-cu ildə 112875).

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən 7574 abituriyent Qabiliyyət İmtahan Komissiyalarında qeydiyyatdan keçib.

I ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 36221 abituriyent “elektron ərizə”sini təsdiq etdirib.

 II ixtisas qrupu üzrə 25354 abituriyent “elektron ərizə”sini təsdiq etdirib. III ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 36116 abituriyent “elektron ərizə” sini təsdiq etdirib.

IV ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək üçün 16583 abituriyent “elektron ərizə” sini təsdiq etdirib.

Qəbul imtahanlarında iştirak etmək arzusunda olan abituriyentlərdən 55884 nəfəri oğlan, 58390 nəfəri isə qızlardır. Onlardan 102211 nəfəri Azərbaycan bölməsinə, 12063 nəfəri isə rus bölməsinə sənəd verib.   

2010/2011-ci tədris ili üçün  ali  təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu 1 iyun 2010-cu il saat  17-dək  aparılacaq.

Abituriyentlər internet vasitəsilə "elektron ərizə" doldurduqdan sonra tələb olunan sənədləri qeyd olunan vaxtadək müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlərin müvafiq Qabiliyyət İmtahanı Komissiyasında  qeydiyyatı da  1 iyun 2010-cu il saat  17-dək  aparılacaq.

 

Modern.az

  

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?