Modern.az

“Məşhurların övladları” - Polad Bülbüloğlunun musiqiçi oğlu

“Məşhurların övladları” - Polad Bülbüloğlunun musiqiçi oğlu

Reportaj

24 Mart 2014, 00:30

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq mədəniyyət naziri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun oğlu Teymur barəsindədir

Polad Bülbüloğlu təkcə Azərbaycanda deyil, bütün MDB məkanında məşhur simadır. Geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınmış Polad Bülbüloğlu
kinofilmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema müәllifidir.
1945-ci ildə Bakıda məşhur xanəndə Bülbülün ailəsində doğulmuş Polad Bülbüloğlu 1973-cü ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə Azәrbaycanın xalq artisti adına layiq görülüb. O, 1987-ci ildə Azərbaycan Dövlət Filormaniyasının direktoru və bədii rəhbəri kimi çalışıb.
1989-cu ildә Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Sonralar Azərbaycanda üç dəfə hakimiyyət dəyişikliyi baş verib və Polad Bülbüloğlu hər gələn prezident tərəfindən nazir postunda saxlanılıb. O, Heydər Əliyev iqtidarına da nazir kimi daxil olub. 1995-ci ildə həm də Milli Məclisinin deputatı seçilir. Və 2006-cı ilədək mədəniyyət naziri işləyib.
Heydər Əliyev hakimiyyətdən getdikdən sonra Polad Bülbüloğlu vəzifəsindən azad olunub. 2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə o, Azərbaycan Respublikasının Rusiya Federasiyasına səfiri göndərilib. O, hazırda da Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirir.
Qeyd edək ki, Polad Bülbüloğlunun üç övladı var – 2 oğlu, bir qızı. Böyük oğlu Teymur Polad Bülbüloğlunun birinci xanımı, məşhur ukraynalı opera müğənnisi Bela Rudenko ilə evliliyindən doğulub.
Polad Bülbüloğlunun ikinci xanımı Gülnarə Şıxəliyevadan iki övladı dünyaya gəlib. Qızı Leylanın indi 16 yaşı var. Polad Bülbüloğlu ikinci oğluna atasının adını verib, Murtuzanın 11 yaşı var.

Polad Bülbüloğlunun böyük oğlu Teymur babası Bülbülün adını özünə soyad götürüb və bu ismi yaşadır. Teymur Bülbül 1975-ci ildə anadan olub. O, valideynlərinin sənətinin davam etdirərək, həyatını musiqiyə bağlayıb.
Teymur professor Popovun rəhbərliyi altında Çaykovski adına Moskva Dövlət Konservatoriyasının faqot sinfini bitirib. 1996-cı ildə hələ Moskva Konservatoriyasının tələbəsi olarkən Teymur Çaykovski adına Akademik Orkestrdə fəaliyyətə başlayıb. İki ildən sonra Konservatoriyanı bitirərək, orkestrdə faqot sinifi üzrə konsertmeyster olur. Bu müddət ərzində o, orkestrin Rusiya və xarici ölkələrdəki çoxsaylı çıxışlarında iştirak edib. Orkestrdə konsertmeyster olduğu qısa müddət ərzində Teymur Bülbül yeni, orqanik faqot ansamblı yaradıb. Onun repertuarında simfonik orkestr üçün müxtəlif solo partiyalar var. Orkestrdəki fəaliyyəti ilə yanaşı, T.Bülbül müxtəlif proqramlarda iştirak edib.
Hazırda Teymur Bülbül dünyaca məşhur dirijor Vladimir Fadeseyevin başçılığı altında Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri və Rusiyanın əməkdar artistidir.
Teymur Bülbül atası Polad Bülbüloğlu ilə əlaqələri heç vaxt kəsməyib və ata-oğul münasibətləri indi də normal olaraq davam edir. Onun hətta atasının ikinci aləsi, ögey bacı-qardaşı ilə də isti münasibətləri var, Teymur ailə tədbirlərində yaxından iştirak edir.


A.Qorxmaz

***

Həmçinin oxu:

“Məşhurların övladları” - Tağı Əhmədovun hakim oğlu - Yeni rubrika
//modern.az/articles/49878/1/

“Məşhurların övladları” - Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

“Məşhurların övladları” - Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

“Məşhurların övladları” - yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

“Məşhurların övladları” - Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

“Məşhurların övladları” - Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

“Məşhurların övladı” - Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

“Məşhurların övladı” - Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

“Məşhurların övladları” - Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

“Məşhurların övladları” - Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

“Məşhurların övladları” - Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür