Modern.az

Türkiyə İsraillə energetika sahəsində əməkdaşlıqdan imtina edə bilər

Türkiyə İsraillə energetika sahəsində əməkdaşlıqdan imtina edə bilər

1 İyun 2010, 19:29

Türkiyə İsraillə energetika sahəsində əməkdaşlıqdan imtina edə bilər. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Taner Yıldız bildirib.  Onun sözlərinə görə, İsrail “spesnaz”ının Qəzzaya humanitar yuk daşıyaın “sülh karvanı”na hücumundan sonra Türkiyə energetika sahəsində İsraillə əməkdaşlığı yenidən gözdən keçirə bilər.

  

“Biz İsraillə energetika sahəsində əməkdaşlığımızın bütün tərəflərini müzakirə etdik. Bu məsələyə dair strateji qərarı Türkiyənin baş naziri qəbul edəcək”,-deyə Yıldız bildirib.

 

Qeyd edək ki, İsrail və Türkiyə arasında Aralıq dənizində neft və qaz kəmərlərinin inşası nəzərdə tutulub. Türkiyənin Ceyhan və İsrailin Aşkelon limanı arasında uzunluğu 480 km olan neft

kəməri Xəzər regionunun enerji daşıyıcıları ilə təmin olunmalıdır. Bundan əlavə, İsraildə Türkiyənin yaxından köməyi ilə təbii qazla işləyən Zorlu Enerji  elektrik stansiyası inşa olunmalıdır. Xatırladaq ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollara çatıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı