Modern.az

Dahi Türk Kino aktyoru Əriş Akman

Dahi Türk Kino aktyoru Əriş Akman

Mədəni̇yyət

24 Mart 2014, 23:50

Hamıya məlumdur ki, Türkiyədə Azərbaycanı sevən eyni zamanda da rəğbət bəsləməyən bir çox sənət adamları və  incəsənət xadimləri vardır. Amma biz bu gün Azərbaycanı ürəkdən sevən və rəğbət bəsləyən incəsənət xadimlərindən biri haqda danışacağıq.  Bu dahi türk kino sənətkarı (aktyor, rejissor, ssenarist və prodüser) Əriş Akmandır. Qeyd edək ki, Əriş Akman sadəcə Azərbaycan deyil, bütövlükdə Türk Dünyası barədə həssas bir türk ziyalısıdır.

Əriş Akman 17 dekabr 1947-ci ildə Türkiyənin Çanaqqala şəhərində anadan olmuşdur. Əslən Trabzonludur. O, orta təhsilini Qadıköy Maarif  Kollecində alandan sonra, İngiltərənin Mountwiew Teatr Məktəbini bitirərək ölkəsinə geri qayıtmıştır. O, kino kariyerasına Türkiyədə davam etmişdir. Əriş Akman 1973-cü ildə “Yeşilçam”ın ən böyük film şirkətlərindən biri olan “Arzu Film”ə daxil olmuşdur. 1976-cı il Əriş Akmana böyük uğur gətirmişdir.

Rol aldığı ən məşhur film olan "Ailə Şərəfi" də elə bu ildə çəkilmişdir. Qeyd edək ki, Əriş Akmanı Türkiyə və digər Türk dövlətlərində tanıtdıran "Oqtay" obrazı “Ailə Şərəfi” filmindəndir. Oqtay obrazını canlandırması, məşhur  türk rejissor  Ərtəm Əyilməz tərəfindən qəbul edilmişdir. Bundan sonra kariyerasına "Cənnətin Uşaqları" filmi ilə davam ələmişdir. Bu filmdə canlandırdığı "Mahmud" obrazı Əriş Akmanın necə istədadlı bir aktyor  olduğunun sübutudur. O, Oqtay kimi mənfi, Mahmud kimi müsbət obrazları tam pəşəkarlıqla canlandırmışdır. “İstanbul 79” adlı filmdə də Ərcan obrazına həyat vermişdir.

Əriş Akman 1989-cu ildə ingilislərin “The Sleapstream” adlı fantastika filmində də rol almışdır.

Əriş Akman prodüsser olaraq  Zuhal Olcayın rol aldığı "Dünəndən Sonra Sabahdan Öncə" filmində çalışmışdır. Həmin kinonun ssenari müəllifi də elə Əriş Akmanın özü olmuşdur. O, eyni zamanda "İki Başlı Div" adlı filmin də ssenari müəllifi və prodüseridir.

Əriş Akman bir müddət, Qalatasaray Universitetində aktyorluq dərsləri vermişdir və hal-hazırda "Anzak və Mehmetçik" proyekti üzərində çalışmaqdadır.

Qeyd edək ki, Əriş Akman eyni zamanda Azərbaycanın məhşur rejissoru Əjdər İbrahimovla yaxın dost olmuşdur.

Əriş Akmanın Azərbaycan və xüsusən də Qarabağ məsələsində çox həssas insanlardan biridir. Ona Azərbaycanla bağlı sual veriləndə hər dəfə Qarabağ məsələsini dilə gətirməsi də bunun daha bir sübutudur. Türkiyənin ümummilli lideri Atatürkün yolundan gedən dahi aktyor, bütün soydaşlarının dərdlərini öz dərdi kimi bilən və hər fürsətdə Türk dövlətlərinə olan məhəbbətini dilə gətirən bir insandır. O, heç vaxt Şərqi Türküstan, Şimali Kipr, Qarabağ, Kərkük kimi yaralı Türk yurdlarının dərdlərinə biganə qalmır. Sonda türk kinosuna bütün həyatını həsr edən dahi Türk ziyalısını xalqımıza tanıtdırmalı və özümüzə nümunə götürməliyik. 


Fuad Abdurahmanlı

Modern.az    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?