Modern.az

Ukrayna NATO-dan imtina edir

Ukrayna NATO-dan imtina edir

Təhsil

2 İyun 2010, 09:52

Ukrayna NATO-ya  inteqrasiya siyasətindən  imtina edir. Modern.az Rusiya mətbuatana istinadən xbər verir ki, bu barədə Ukrayna prezidenti Viktor Vanukoviçin sədrliyi ilə keçirilmiş  Təhlükəsizlik Şurasının iclasında bəyan olunub. İclasda “Ukraynanın daxili və xarici siyasətinin əsas istiqamətləri haqqında” qanun layihəsi müzakirə edilərək bəyənilib.   Sənəddə Ukraynanın Ümumavropa və regional kollektiv təhlükəsizlik sistemlərində tamhüqulu üzvlüyünün təmin edilməsi, Rusiya Federasiyası və MDB-nin digər ölkələri, habelə dünya dövlətləri ilə mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin saxlanması ilə Avropa İttifaqına üzvlüyə qəbul olunması başlıca vəzifə kimi əksini tapıb. Eyni vaxtda, qanun layihəsindən ölkənin NATO-ya inteqrasiyası barədə maddə çıxarılıb.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi