Modern.az

Abel Məhərrəmovun anasının yas mərasimi Təzə Pirdə olacaq

Abel Məhərrəmovun anasının yas mərasimi Təzə Pirdə olacaq

Təhsil

25 Mart 2014, 17:47

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun anası Şəfiqə Məhərrəmova (Avşarova) dünyasını dəyişib.

Şəfiqə xanm 1925-ci ildə İrəvan şəhərində dövrünün tanınmış ziyalısı Məşədi Ələsgərin ailəsində anadan olub. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş Şəfiqə xanım Ermənistan SSR-in “Əməkdar müəllimi” adını almış ilk azərbaycanlı qadındır. O, Qərbi Azərbaycanın Amasiya rayonunun müxtəlif kəndlərində, o cümlədən Güllübulaq kənd orta məktəbində ibtidai sinif müəllimi kimi çalışıb, böyük bir alimlər ordusunun, kimyaçılar və həkimlər nəslinin, müxtəlif peşə sahiblərinin yetişməsində müstasna rol oynayıb.

Modern.az saytının məlumatına görə, Şəfiqə xanımın 3-7 yas mərasimi həftənin 4-cü günü, 27 mart tarixində, qadınlar üçün saat 11-dən 3-ə, kişilər üçün saat 3-dən sonra axşama kimi Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır