Modern.az

“Təhsil haqqında” qanununa əlavələr ediləcək

“Təhsil haqqında” qanununa əlavələr ediləcək

2 İyun 2010, 11:09

Xəbər verildiyi kimi, iyun ayında Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq. Parlamentin 84 deputatının təşəbbüsü ilə çağırılan növbədənkənar sessiyanın ilk iclasının iyunun 8-də keçiriləcəyi gözlənilir. Modern.az saytı xəbər verir ki, növbədənkənar sessiyadan öncə Milli Məclisin bəzi komitələri iclasları keçiriləcək. Sabah Milli Məclisin üç komitəsiin iclası olacaq.

 

Milli Məclisdən saytımıza bildirilib ki, Təhlükəsizlik və müdafiə məsələləri komitəsində Hərbi Doktrina müzakirə olunacaq.

 

Ekologiya, energetika və təbii sərvətlər komitəsində Azərbycan və Yunanıstan arasında təbii fəlakətlərin qarşısının alınması üçün imzalanması nəzərdə tutulan saziş müzakirə olunacaq.

 

Elm və təhsil məsələləri komitəsində isə bir neçə ay öncə qəbul olunmuş “Təhsil haqqında” qanuna əlavələrin edilməzinə dair müzakirələr aparılacaq.

 Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir