Modern.az

Azərbaycan Almaniya ilə pensiya sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan Almaniya ilə pensiya sahəsində əməkdaşlığı gücləndirir

Ölkə

2 İyun 2010, 11:16

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti Almaniyada beşgünlük səfərdə olub. Nümayəndə heyətinin tərkibinə Fondun rəhbər şəxsləri və aparıcı mütəxəssisləri daxil olublar. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, səfərdə məqsəd Avropada ən nüfuzlu pensiya orqanlarından biri olan Almaniya Pensiya Sığortası İdarəsi ilə DSMF arasında davamlı xarakter alan əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək və bir sıra qarşılıqlı maraq doğuran məsələlərlə bağlı iş təcrübəsini öyrənmək idi.

Səfər çərçivəsində Almaniya Pensiya Sığortası İdarəsinin iş prosesi ilə yaxından tanış olan DSMF nümayəndə heyətinə məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində işin təşkili, sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, bu sahədə islahatların icmalı barədə məlumat verilib. Eyni zamanda, nümayəndə heyəti Almaniya Pensiya Sığortası İdarəsinin aparatının işinin təşkili, iş prosesinin optimallaşdırılması, kadrların idərə olunması, seçilməsi, inkişaf etdirilməsi, planlaşdırılması, ictimaiyyətlə əlaqələr və başqa bu kimi istiqamətlərdə iş təcrübəsi ilə tanış olub.

Səfər zamanı Almaniya Pensiya Sığortası İdarəsi  ilə DSMF arasında əldə olunmuş əməkdaşlığın uzadılmasına dair xüsusi mövzular da ətraflı müzakirə edilib,  əlaqələrin gələcək inkişafı planı müəyyənləşdirilib.

Xatırladaq ki, DSMF ilə Almaniya Pensiya Sığorta İdarəsi arasında əməkdaşlıq uzun müddətdir davam edir və bu əməkdaşlıq çərçivəsində birgə tədbirlər təşkil olunub, iş təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər həyata keçirilib. Bundan başqa, iki qurum arasında 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan sazişin icrası uğurla gercəkləşdirilib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!