Modern.az

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İdarə Heyətinə yeni sədr seçilib

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İdarə Heyətinə yeni sədr seçilib

2 İyun 2010, 11:44

 

Modern.az saytına daxil olan məlumata görə, Azərbaycanda qeyri-hökumət təşkilatlarına qrant verən xarici donor qurumun - Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İdarə Heyətinin sədri dəyişib. Fondun İdarə Heyətinin yeni sədrinin “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev olduğu bildirilir.  Məlumatı dəqiqləşdirmək üçün Mehman Əliyevin özü ilə əlaqə saxladıq. M.Əliyev bu barədə məlumat verməyin hələ tez olduğunu dedi: “Hələlik rəsmi bir şey yoxdur. Hazırda müzakirələr davam etdirilir. Başqa namizədlər də var”. Amma Fonddan əldə etdiyimiz məlumatda isə bildirlib ki, İdarə Heyətinin məsələ ilə bağlı müzakirələri başa çatıb və M.Əliyev yaxın günlərdə yeni sədr kimi rəsmən işə başlayacaq.    Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir