Modern.az

Cəmil Həsənli: "Türkiyə və İsrail dünyanı idarə edən qrupların üzvləridir"

Cəmil Həsənli: "Türkiyə və İsrail dünyanı idarə edən qrupların üzvləridir"

2 İyun 2010, 12:30

Fələstinin Qəzza zolağına humanitar yardım aparan türk gəmilərindən ibarət “Azadlıq donanması”nın mayın 31-nə keçən gecə İsrail hərbçilərinin silahlı hücumuna məruz qalması Azərbaycanda da pis qarşılanıb. Modern.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirovun sözlərinə görə, Azərbaycan parlamenti də humanitar yük aparan gəmiyə silahlı hücumu yaxşı hadisə kimi qiymətləndirmir. Milli Məclisin deputatı Cəmil Həsənli isə məsələ ilə ilə əlaqədar Modern.az saytına bildirib ki, Türkiyə və İsrail dünyanı idarə edən qrupların tərkibinə daxil olan dövlətlərdir və sözügedən hadisəyə həmin qrupların münaqişəsi kimi də yanaşmaq olar. Dünya dövlətlərinin Türkiyənin mövqeyini dəstəklədiyini deyən C.Həsənli olayın müharibə ilə sonuclana biləcəyini düşünmür.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu