Modern.az

Olimpiya çempionu Elnur Məmmədlinin bizneslə məşğul olması şayiəsinə RƏSMİ CAVAB

Olimpiya çempionu Elnur Məmmədlinin bizneslə məşğul olması şayiəsinə RƏSMİ CAVAB

Mədəni̇yyət

28 Mart 2014, 12:26


“Elnur Məmmədli hazırda Bakı Şəhər Dövlət Yol Polis idarəsində çalışır. Vəzifəsindən azad olunmayıb”. Bunu Modern.az saytına açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Qeyd edək ki, mediada olimpiya çempionu Elnur Məmmədlinin hazırda bizneslə məşğul olduğu haqda informasiyalar yer alıb.
Bu informasiyalar Elnur Məmmədli sosial şəbəkələrdə son buraxılışdan olan 200 min manatlıq "Porsche Cayenne" markalı avtomobilinin şəklini paylaşandan sonra yayılıb.

Qeyd edək ki, Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli 2010-cu ildə daxili işlər nazirinin müvafiq əmri ilə Yol Patrul Xidmətində baş inspektor vəzifəsinə təyin olunub. Sonralar onun vəzifə pilləsində yüksəliş olub.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!